Rusiya Ukraynanın itkilərini AÇIQLADI
9-06-2022, 21:58
8 878

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O bildirib ki, sutka ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 13 pilotsuz uçuş aparatı vurulub.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 193 təyyarə, 130 helikopter, 1163 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksi, 3471 tank və digər zirehli döyüş texnikası, 493 reaktiv yaylım atəşi sistemi, 1834 səhra artilleriya və minaatan, o cümlədən 3512 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

Oxşar xəbərlər