"Donbasın taleyi Severodonetskdə müəyyənləşib" - Zelenski
9-06-2022, 23:01
8 585

"Donbasın taleyi Severodonetskdə müəyyənləşib" - Zelenski

"Severodonetsk Donbasdakı münaqişənin episentri olmaqda davam edir. Donbasın taleyi orada müəyyənləşir". 
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. 
“On il əvvəl bizim Donetsk güclü və inkişaf etmiş şəhər idi. Sonra Rusiya gəldi. Ancaq Ukraynanın geri qaytarılması, əlbəttə ki, baş verəcək, bu şəhərlər üçün normal həyat deməkdir. Mən bütün ukraynalıların dostu, Polşa Prezidenti Anjey Dudaya ölkəmizin Avropa perspektivini dəstəkləmək üçün Avropa ölkələrinə xüsusi səfərə başladığına görə minnətdaram. Biz bu ilin iyununda namizədliklə bağlı (Aİ-yə üzvlük) qərar verəcəyik. Bütün dostlarımız, bütün diplomatlarımız indi bunun üçün tam çalışırlar", - deyə o bildirib.
Zelenski ölkənin şərqindəki Severodonetsk şəhərinin mərkəzində Rusiya ordusu ilə davam edən şiddətli toqquşmalara toxunaraq, "Severodonetsk Donbasdakı münaqişənin episentri olmaqda davam edir. Biz öz mövqelərimizi qoruyuruq, düşmənə xeyli itki veririk. Bu, çox şiddətli döyüşdür, çox çətindir. Yəqin ki, bu müharibənin ən çətinlərindən biri. Donbasın taleyi orada müəyyənləşib”, - deyə o, Severodonetskdəki münaqişələrin əhəmiyyətinə diqqət çəkib.
Ukrayna əsgərlərinin təltif edilməsi ilə bağlı fərmanlar imzaladığını vurğulayan Zelenski, "68-i ölümündən sonra olmaqla 285 əsgər dövlət mükafatına layiq görülüb" deyib. 

Oxşar xəbərlər