Rusiyalı qadın pul qarşılığında uşaqlarını SATDI
9-06-2022, 14:29
1 439

Rusiyalı qadın pul qarşılığında uşaqlarını SATDI

Rusiyanın Rostov vilayətinin Topolevyi kənd sakini pulu olmadığı üçün 2 uşağını notarial qaydada təsdiq edilmiş etibarnamə ilə icarəyə verib. 
Rusiya KİV-ləri bildirir ki, bundan sorna yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlər sözügedən ailəyə baş çəkiblər. Qadın əvvəlcə müfəttişlərə pulu çatmadığı üçün uşaqları qohumlarının yanına göndərdiyini deyib. 
Rus qadının şübhəli izahatından sonra azyaşlıların axtarışlarına başlanılıb. Müəyyən olunub ki, Rostov sakini Şaxtı şəhərindəki notarius vasitəsilə qızı və oğlunu Rusiyanın müxtəlif vilayətlərində yaşayan tam tanımadığı şəxslərə etibarnamə ilə verib.
Uşaqların anası cərimələnib, sonra isə valideynlik hüququndan məhrum edilib.

Oxşar xəbərlər