Gürcüstanda daha bir müxalif deputat mandatdan məhrum edilib
9-06-2022, 15:44
7 024

Gürcüstanda daha bir müxalif deputat mandatdan məhrum edilib

Gürcüstan parlamentində müxalif Vahid Milli Hərəkat Partiyasını (VMHP) təmsil edən deputat Zaal Udumaşvilinin səlahiyyətləri vaxtından əvvəl dayandırılıb.

Müvafiq qərar qanunverici orqanın plenar iclasında səs çoxluğu ilə qəbul edilib.

Z.Udumaşvili mayın 29-da VMHP-ni tərk etdiyini və mediaya qayıdacağını bildirib.

Qeyd edək ki, Z.Udumaşvili siyasətə qoşulmamışdan öncə telejurnalist və aparıcı kimi tanınıb.

Oxşar xəbərlər