NASA Veneraya kosmik gəmi göndərəcək
10-06-2022, 19:44
26 827

NASA Veneraya kosmik gəmi göndərəcək

Alimlərin iddialı açıqlamalarından sonra, NASA və Avropa Kosmik Agentliyi kimi qurumlar Venera ilə daha çox maraqlanmağa başlayıb.
Xarici KİV verdiyi xəbərə görə, NASA növbəti 10 ildə Veneranı araşdırmaq üçün onun səthinə enmək istədiyini açıqlayıb. 
Sözügedən kosmik maşının 2029-cu ilin iyununda buraxılması planlaşdırılır.
NASA-nın DAVINCI adlı raketi Venerada yerini almaq üçün 2 illik səyahət edəcək. Sonra o, planetin atmosferinə enəcək və Veneranı tədqiq edəcək.

Oxşar xəbərlər