Tramp dövlət çevrilişinə cəhddə ittiham olunur
10-06-2022, 20:03
26 714

Tramp dövlət çevrilişinə cəhddə ittiham olunur

Ötən il ABŞ-ın Kapitol binasına edilən basqınla bağlı məhkəmə prosesi başlayıb.
Xarici KİV xəbər verir ki,demokratların rəhbərliyi ilə yaradılan komitədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu basqını koordinasiya edərək dövlət çevrilişi cəhdi planlaşdırdığı iddia edilib.
Bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da Konqresin binasına hücum ediblər. Buna səbəb prezident seçkilərdə qalib gələn Co Baydenin saxta yollarla hakimiyyətə gəlməsi irəli sürülüb. 
Təxminən bir il davam edən araşdırmadan sonra Demokrat Partiyasının rəhbərlik etdiyi komitə Konqresə basqınla bağlı dinləmələrə başlayıb. Əvvəlcə Donald Trampın yaxın ətrafı ilə müsahibələrin hissələri izlənilib.
Keçmiş baş prokuror Bill Barrın Donald Trampın "seçki oğurlanıb" iddiasının əsassız olduğunu dediyi video ilk izlənilənlər sırasında olub.
"Seçki korrupsiyası iddiasını heç bir elmi dəlillə dəstəkləməyən bir administrasiyanın yalnız öz fikirlərinə əsaslanaraq hakimiyyətdə qaldığı bir dünyada yaşaya bilmərik", - Barr deyib.
Donald Trampın qızı İvanka Trampın da keçmiş baş prokurorun atasının sui-qəsd nəzəriyyələrini rədd edən fikirlərini qəbul etdiyini bildirdiyi video çəkilib.
Komitə dinləmələrə başlamazdan əvvəl Donald Tramp bunu “siyasi hiylə” kimi qiymətləndirib. Komitənin bu ay daha beş dinləmə keçirəcəyi gözlənilir.

Oxşar xəbərlər