Makron: “Fransa Ukraynaya daha çox hərbi texnika verəcək“
10-06-2022, 13:15
1 765

Makron: “Fransa Ukraynaya daha çox hərbi texnika verəcək“

Fransa prezidenti Emmanuel Ukraynanı daha ağır silahlarla təmin edəcəyinə söz verib.
Bu barədə Elize Sarayı məlumat yayıb.
"Makron Zelenski ilə telefon danışığında Fransanın işğalçı rus qoşunlarına qarşı mübarizədə Kiyevin tərəfində olduğunu bildirib".
İki ölkə liderləri Kiyevin hərbi, maliyyə və humanitar ehtiyaclarını da müzakirə ediblər.
Fransa artıq "Sezar" haubitsalarını Ukraynaya çatdırıb və Ukrayna əsgərlərinə onlardan istifadə etmək üçün təlim keçib.
Fransanın yeni xarici işlər naziri Ketrin Kolonna mayda Kiyevə səfəri zamanı deyib ki, Ukraynanın daha ağır silahlar tələbinə konkret cavab gələcək.

Oxşar xəbərlər