Putin özünü Pyotrla müqayisə ETDİ
10-06-2022, 13:19
25 391

Putin özünü Pyotrla müqayisə ETDİ

Rusiya prezidenti Vladimir Putin özünü Rus tiranı Böyük Pyotrla müqayisə edib.
Xarici KİV xəbər verir  ki, I Pyotrun anadan olmasının 350-ci ildönümü ilə bağlı çıxış edən Putin Moskvanın başçılıq etdiyi anti-İsveç koalisiyanın İsveç imperiyasını parçaladığı və Rusiyanı Avropada yeni imperiya gücünə çevirdiyi Böyük Şimal müharibəsinə toxunub.
Vaxtilə İsveçin nəzarətində olan torpaqlarda Sankt-Peterburqun yaradılmasından danışarkən Putin, "Pyotr İsveçlə müharibə aparırdı və torpaqlarımızı geri qaytardl", - deyib. 
Çar I Pyotra ehtiram göstərməklə Putin Rusiya torpaqlarını geri almaq üçün tarixi axtarışları arasında paralellik aparıb. 
İndiki Estoniyada baş verən Narva döyüşünə də toxunan Rusiya lideri, "Ora niyə getdi? Bizə məxsus olanı geri almaq üçün. Amma aldığı şey onlardan alınan bir şey deyildi. Əslində, o, Rusiyanın olduğunu Rusiyaya qaytardı. O, məhz belə etdi. Görünür, Rusiyanın olanı geri almaq və ölkəni gücləndirmək bizim əlimizdədir. Və bu dəyərlərin bizim varlığımızın əsasını təşkil etdiyindən başlasaq, şübhəsiz ki, qarşılaşdığımız problemlərin həllinə nail olacağıq",-  deyə  o,  çıxışında bildirib. 
Putinin bu sözləri beynəlxalq mətbuatda üstüörtülü təhdid kimi səslənsə də, Ukraynadan sonra Estoniya, İsveç və Finlandiya da daxil olmaqla Baltikyanı ölkələrdə müharibənin başlaya biləcəyi qorxuları da gündəmə gəlib.
Çıxışı zamanı xüsusilə İsveçdən danışarkən Putinin davamlı gülümsəməsi diqqət çəkib. Putinin kinli münasibəti beynəlxalq mətbuatın gündəminə çevrilib.
Putin çıxışı zamanı Rusiya hərbi gəmiləri Baltik dənizində təlimlərə başlayıb.

Oxşar xəbərlər