Ötən il Fonda 77,4 mln. ABŞ dolları vəsait geri qaytarılıb
10-06-2022, 21:01
26 342

Ötən il Fonda 77,4 mln. ABŞ dolları vəsait geri qaytarılıb

2021-ci ilin sonuna kimi, təsisçilərin qərarı ilə ümumilikdə Dövlət Neft Fonduna 77,4 mln. ABŞ dolları vəsait geri qaytarılıb.
Bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Rəydə bildirilib ki, bunun da 11,2 milyon ABŞ dolları “Azerbaijan Rigs” MMC-nin mənfəətindən divident şəklində, 66,2 milyon ABŞ dolları isə nizamnamə kapitalının azaldılması yolu isə daxil olub.
2018-ci ilə qədər “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalına təsisçiləri ARDNF (90% iştirak payı, 904,2 milyon ABŞ dolları) və SOCAR (10% iştirak payı, 100,5 milyon ABŞ dolları) tərəfindən ümumilikdə 1 004,7 milyon ABŞ dolları (1 075,0 milyon AZN, ödəniş tarixində olan məzənnədən istifadə edərək) məbləğində yatırım olunub.
Layihənin maksimum büdcə limiti 1 116,7 milyon ABŞ dolları olub. Podratçılara edilən ödənişlər ARDNF və SOCAR tərəfindən olunan dövri kapital ödənişləri əsasında həyata keçirilib. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi layihənin sifarişçisi ilə 24 iyun 2013-cü il tarixində bağlanmış Baş Podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, SOCAR-ın təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drilinq Kompani MMC-yə həvalə edilib.
“Heydər Əliyev” Yarımdalma Qazma Qurğusunun açılış mərasimi Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 18 may 2017-ci il tarixində baş tutub. 2018-ci il ərzində “Azerbaijan Rigs”, Qurğunun ona təhvil verildiyi 26 dekabr 2018-ci il tarixinə qədər Qurğunun əməliyyatlara hazırlığı üçün lazım olan inventarının yığılmasına davam edib. Hesabat dövrünün sonuna kimi ARDNF-yə 77,4 milyon ABŞ dolları məbləğində vəsait geri qaytarılmışdır (11,2 milyon ABŞ dolları məbləğində divident və 66,2 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalının azaldılması).

Oxşar xəbərlər