Lavrov ermənilərə Türkiyədən nə xəbər gətirib? - ŞƏRH
10-06-2022, 15:48
24 923

Lavrov ermənilərə Türkiyədən nə xəbər gətirib? - ŞƏRH

“Regionumuzda postmünaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı Türkiyə ilə Rusiya arasında keçirilən müzakirələrin məntiqindən irəli gələrək Lavrovun Ermənistana səfəri reallaşıb”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Rusiya XİN-in rəhbəri Sergey Lavrovun Türkiyə səfərindən dərhal sonra Ermənistana gəlməsinə münasibət bildirərkən deyib:

“Lavrov Türkiyə səfəri fonunda ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Belə danışıqlarda həmçinin hər zaman Qarabağ məsələsi də müzakirə predmeti olur. Bu ətrafda yaranan yeni reallıq və həllini gözləyən məsələlərin müzakirə olunduğu da istisna deyil.
 

Ankara səfərinin ardınca Lavrovun İrəvana gəlməsi birdən-birə baş verməyib. Qabaqcadan nəzərdə tutulmuş səfərdir. İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq. 

Bu fonda yəqin ki, Ankarada Türkiyə ilə Rusiya arasında postmünaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı keçirilən müzakirələrin məntiqindən irəli gələrək Lavrovun Ermənistana səfəri reallaşıb. Ankara bu məsələdə prinsipial mövqe tutur. Mövqe ondan ibarətdir ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasında maraqlıdır. Amma burada hər şey paralel şəkildə getməlidir.

Paralel olaraq Azərbaycan-Ermənistan münasibətləri də normallaşmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası baş verməli, Zəngəzur dəhlizi işə salınmalıdır. Bu proseslər paralel getməlidir. 
Fikrimcə, Lavrovla Çavuşoğlunun danışıqlarında sözügedən istiqamətdə bir sıra detallar müzakirə olunub. Həmin müzakirələrin məntiqi nəticəsi olaraq da Lavrovun İrəvana səfəri reallaşıb”.

Oxşar xəbərlər