Ərdoğanın kortejini saxlatdırıb, toya dəvət etdilər (VİDEO)
10-06-2022, 16:31
24 827

Ərdoğanın kortejini saxlatdırıb, toya dəvət etdilər (VİDEO)

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Elm, Texnologiya və Araşdırma Binasının açılış proqramında iştirak etmək üçün Boğaziçi Universiteti Kandilli Kampusuna yola düşüb.
Mərasim üçün yola düşən Ərdoğanın korteji çox keçməyib ki, dayanıb. Buna səbəb Saime və Adnan Yığcı cütlüyünün Ərdoğanın kortejini saxlatdırması olub.
Belə ki, cütlüklə söhbət edən Türkiyə rəhbəri toya dəvət alıb. Küçədə küftəxana işlədən və Ərdoğanla söhbət edən Saime Yığcı mətbuata açıqlamasında prezidenti oğlunun toyuna dəvət etdiyini  bildirib:
"Onu çox sevirəm. Yaxşı ki, korteji bizi görüb dayandı. Oğlumun bu ayın 26-da toyu var.  Onu toya dəvət etdim.  Prezidenti  toyda görsəm çox sevinərəm",  - deyə  qadın sevincini  bölüşüb.

 

Oxşar xəbərlər