Çin Pentaqonun Tayvana silah tədarükünə kəskin etiraz etdi
11-06-2022, 07:53
25 167

Çin Pentaqonun Tayvana silah tədarükünə kəskin etiraz etdi

Çinin müdafiə naziri Vey Fenqe Sinqapurda Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşü zamanı Tayvan adasına ABŞ silahlarının tədarükünə görə ABŞ hakimiyyətinə sərt etiraz edib. 
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Birləşmiş Ştatlar bu yaxınlarda yenidən Tayvana silah satacağı ilə bağlı bəyanatlar verdi. Bu, Çinin maraqları ilə ciddi şəkildə ziddiyyət təşkil edir, ölkəmizin təhlükəsizliyini və suverenliyini təhdid edir. Çin buna qəti etirazını bildirir"-deyə o qeyd edib.

Oxşar xəbərlər