"SEPAH"ın 2 əməkdaşı öldürüldü
13-06-2022, 11:26
1 586

"SEPAH"ın 2 əməkdaşı öldürüldü

İran İnqilab Keşikçiləri (“SEPAH”) Hava-Kosmik Qüvvələrində işləyən iki nəfər həlak olub.
İnqilab Keşikçiləri Mərkəzi Əyalət İctimaiyyətlə Əlaqələr İdarəsi mövzu ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada, Hərbi personal Ali Kemani və Hava-Kosmos Qüvvələrində çalışan mülki personal Muhammed Abdusun həyatını itirdiyi bildirilib. Onların ölüm səbəbi  hələlik açıqlanmayıb. 
Son zamanlar İranda İnqilab Keşikçiləri Korpusunun komandirlərinə qarşı tez-tez sui-qəsdlər baş verir. Tehran administrasiyası bu sui-qəsdlərdə İsraili günahlandırır.

Oxşar xəbərlər