Daha bir ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlanıb
13-06-2022, 12:39
1 641

Daha bir ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlanıb

Venesuelada meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İspaniyanın paytaxtı Madriddən ölkəyə daxil olan xəstə eyni ölkənin Barselona şəhərində iki yoluxmuş şəxslə təmasda olub. O, dərhal təcrid olunub, müvafiq analizlər aparılıb və nəticə müsbət olub. Xəstənin vəziyyəti stabildir”, - nazirlik tviterdə bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1 % ilə 10 % arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarının payına düşür.

Oxşar xəbərlər