Ukraynalı mer rusların tərəfinə keçdi
13-06-2022, 13:47
1 804

Ukraynalı mer rusların tərəfinə keçdi

Ukraynanın Svyatohirsk şəhərinin meri Volodimir Bandura rusların tərəfinə keçib.
Bu barədə qondarma “DNR-nin rəhbəri” Denis Puşilin məlumat yayıb. 
Puşilin Bandura ilə uzun müddət əlaqə saxladığını və “xüsusi hərbi əməliyyatı” dəstəklədiyini təsdiqləyib.
Qeyd edək ki, Bandura Müxalifət Platformasından boyu deputatdır.
Xatırladaq ki, iyunun 8-də Banduraya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı məlum olub . Mer rus təbliğatçılarına müsahibələr verir, orada açıq şəkildə “Rusiya sülhünü təbliğ edir, Ukraynanın Silahlı Qüvvələrini və dövlət orqanlarını gözdən salır.

Oxşar xəbərlər