“Ruslar Ukraynada faşistlərdən çox adam öldürüb“ - Mariupol meri
14-06-2022, 07:02
7 924

“Ruslar Ukraynada faşistlərdən çox adam öldürüb“ - Mariupol meri

“Rus işğalçıları 22 mindən çox Mariupol sakinini qətlə yetiriblər ki, bu da İkinci Dünya müharibəsi zamanı iki il ərzində (1941-1943) nasistlərin Ukraynada etdiklərindən iki dəfə çoxdur”.
“UNIAN” xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko Ümumkrayna məlumat telemarafonunda bildirib:
"Mariupolu adi terrorçular, qatillər kimi yerlə-yeksan etdilər. 22 mindən çox yerli sakini öldürdülər. Hündürmərtəbəli binalarımızın 50%-ni dağıtdılar, yəni külə çevirdilər. Ruslar 2 ildə nasistlərdən daha çox fəlakət törətdilər. Xatırladım ki, 1941-ci ildən 1943-cü ilə qədər nasistlər Ukrayna Reyxkomissarlığı ərazisində 10 mindən bir qədər çox insanı qətlə yetiriblər”, - Boyçenko bildirib.
Onun sözlərinə görə, Mariupol ətrafında kütləvi məzarlıqların sayı artır:
"Şəhərdə yemək yoxdur, su yoxdur, işıq yoxdur, kanalizasiya sistemi isə bu gün də işləmir. Və biz görürük ki, yay gəlir, temperatur yüksəkdir, ona görə də yoluxucu xəstəliklərin olması ehtimalı güclənir", - mer əlavə edib.
Qeyd edək ki, Mariupol meriyası bu ilin sonuna kimi 10 minə yaxın Mariupol sakininin ölümünə səbəb olan vəba, dizenteriya və digər xəstəliklərin ola biləcəyini vurğulayır. 

Oxşar xəbərlər