"Biz bütün problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq" - Paşinyan
14-06-2022, 11:38
1 332

"Biz bütün problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq" - Paşinyan

"Biz Ukrayna ətrafında yaranmış vəziyyətdən çox narahatıq, amma məncə, bütün dünya ölkələri narahatdır". 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Al-Jazeera"ya müsahibəsində bildirib. 
"Biz dünya düzəninin dağıldığını görürük, heç kim növbəti dünya nizamının necə olacağını bilmir, təbii ki, biz bütün problemlərin dialoq və sülh yolu ilə həllinin tərəfdarıyıq. Ölkəmizin və hökumətimizin vəziyyətinin kifayət qədər həssas olduğunu inkar etmirəm, lakin biz Rusiya, Avropa-Qərb tərəfdaşlarımız, qonşularımız üçün birbaşa, dürüst və etibarlı tərəfdaş olmağa çalışırıq. Bu o qədər də asan deyil, amma düşünürəm ki, liderlər indi yaşadığımız vəziyyətlər üçün yaradılıb, bizim borcumuz bu vəziyyəti idarə etmək və tərəfdaşlarımızla düzgün münasibətləri saxlamaqdır, heç kimə xəyanət etmək deyil".

Oxşar xəbərlər