"Rusiyada vəziyyət ağırdır" - Kreml
14-06-2022, 21:39
9 575

"Rusiyada vəziyyət ağırdır" - Kreml

Rusiya hakimiyyəti Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin yaratdığı problemlərin ciddiliyini etiraf edib.
Bunu Kremlin TASS agentliyinə müsahibəsində Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Jurnalistin Rusiya iqtisadiyyatının çətin dövrləri ilə bağlı sözlərini şərh edən Peskov "Vəziyyət asan deyil, daha doğrusu, bu görünməmiş iqtisadi müharibə baxımından çətin kimi qələmə vermək olar", - deyə  cavab verib.  
Eyni zamanda, Putinin sözçüsü hətta "çətin situasiyalarda"da müsbət nəticə tapmağa çalışıb. Peskov bildirib ki, Qərbin sanksiyalarından sonra Rusiya Şərqə istiqamətini dəyişəcək və İndoneziya və Filippinlə əməkdaşlıq edəcək.

Oxşar xəbərlər