32 ukraynalı hərbçi edam edildi
14-06-2022, 14:33
1 663

32 ukraynalı hərbçi edam edildi

Ukrayna millətçilərinin dəstələri təslim olmaq qərarına gələn Ukrayna Silahlı Qüvvələrinin 54-cü briqadasının hərbçilərinə çarpaz atəş açıb, nəticədə 32 ukraynalı hərbçi həlak olub. 
 TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının özünü elan etmiş Donetsk Xalq Respublikasının Novomikhailovka qəsəbəsi ərazisində hücuma keçməsi üçün atəş hazırlığı apardıqdan sonra Ukrayna Silahlı Qüvvələrin 54-cü mexanikləşdirilmiş briqadasının 25-ci batalyonunun 30-dan çox hərbçisi silahlarını yerə qoyub təslim olmaq qərarına gəliblər.
Onun sözlərinə görə, silahı yerə qoymaq istəyən Ukrayna hərbçiləri radio vasitəsilə Rusiya bölməsinin komandanlığına üz tutaraq, atəşi dayandırmağı və döyüşdən çıxış üçün dəhliz təmin etməyi xahiş ediblər. Bundan sonra həmin hərbçilər güllələnib. 

Oxşar xəbərlər