Rusiya hərbçiləri mağazanın qapılarını sındırıb oranı qarət etdilər - VİDEO
14-06-2022, 15:42
7 349

Rusiya hərbçiləri mağazanın qapılarını sındırıb oranı qarət etdilər - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya hərbçilərinin Sumı vilayətində həyata keçirdiyi qarət hadisəsinin kadrlarını yayımlayıb.
Görüntülərdə hərbçilərin mağazanın qapılarını sındıraraq mağazaya daxil olması və orada həyata keçirdiyi qarət əks olunub.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyalı hərbçilərin xüsusən Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində talan, qarət və zorakılıq əməlləri törətdiklərinə dair mütəmadi məlumatlar verib.

Mənbə: Nexta Live

Oxşar xəbərlər