Ukraynada daha bir kütləvi məzarlıq tapıldı
14-06-2022, 15:49
7 273

Ukraynada daha bir kütləvi məzarlıq tapıldı

Ukraynanın Buça Rayon Prokurorluğundan verilən açıqlamada Myrotske qəsəbəsində 7 mülki vətəndaşın cansız cəsədinin tapıldığı bildirilib.
Açıqlamada 7 mülki şəxsin güllələndiyi, əllərinin arxadan bağlandığı bildirilib. Ukrayna Milli Polisinin rəisi İqor Klimenko Kiyev vilayətində 1500-dən çox dinc sakinin həyatını itirdiyini və bu ölümlərin Rusiya ordusunun düşünülmüş qərarı ilə baş verdiyini bildirib.
Kütləvi məzarlarla bağlı araşdırmaların ayrı-ayrılıqda aparıldığını deyən Klimenko, hazırda dəqiq rəqəm söyləməyin mümkün olmadığını bildirib. 

Oxşar xəbərlər