Antaliyada turist avtobusu aşdı- 1 ölü, 23 yaralı
15-06-2022, 10:27
1 862

Antaliyada turist avtobusu aşdı- 1 ölü, 23 yaralı

Antaliyanın Korkutəli mahalında turist avtobusu ağır qəza törədib. 
 
Yağış səbəbindən sürüşkən yolda sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində turistlərin daşındığı mikroavtobus orta diskə çırpılıb. 
Qəzada aşmış mikroavtobusda olan turistlərdən 1-i həyatını itirib, 20 turist, 2 bələdçi və nəqliyyat vasitəsinin sürücüsü yaralanıb.
Avtobusda 5 fərqli ölkənin vətəndaşları olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.

Oxşar xəbərlər