Nazirlərin görüşdüyü binada bomba həyəcanı
16-06-2022, 18:16
7 170

Nazirlərin görüşdüyü binada bomba həyəcanı

 Nazir Çavuşoğlu ilə Serb nazirin görüşdüyü binada bomba həyəcanı yaşanıb. 
Türk mətbuatı xəbər verir ki, mətbuat konfransında Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadakı müharibə və enerji qiymətlərindəki hədsiz artımlardan danışıb. Bahalaşmanın fərqli axtarışlara sövq etdiyini deyən nazir daha çox əməkdaşlıq etməli olduqlarını vurğulayıb:
"Bunun üzərində də birlikdə çalışacağıq. Tranzit ölkə olaraq demək istərdim ki, Serbiyaya hər cür dəstəyi verəcəyik”. 
 Bu arada Çavuşoğlu və Selakoviçin mətbuat konfransı keçirdikləri Belqraddakı Xarici İşlər Nazirliyinin binası bomba təhlükəsi üzərinə boşaldılıb.
Heyətlər binanı tərk etdikdən sonra bomba təhlükəsi üzərinə bina tamamilə boşaldılıb və gün ərzində Serbiyanın hər yerindəki məktəblərdə də bomba təhdidlərinin edildiyi öyrənilib.

Oxşar xəbərlər