Şolts rusların qırğın törətdiyi İrpeni görüb dəhşətə gəldi
17-06-2022, 10:19
1 525

Şolts rusların qırğın törətdiyi İrpeni görüb dəhşətə gəldi

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Moskva Kiyevlə "ədalətli razılaşma" əldə olunana qədər qüvvədə qalacaq.
Bunu Almaniya kansleri Olaf Şolts ZDF telekanalına müsahibəsində bildirib.
Şoltsun sözlərinə  görə, Rusiya prezidenti Vladimir Putinlə söhbətlərində dəfələrlə “diqtə edilmiş sülhün” yolverilməzliyindən danışıb.
O, həmçinin bildirib ki, Almaniya “Krımın ilhaqını” qəbul etməyəcək, çünki bu, beynəlxalq hüququn pozulması olacaq.
Kansler əvvəlcə Ukraynanı ağır silahlarla təmin etməkdə tərəddüd etməsinə dair ittihamları rədd edib, buna görə Ukrayna rəsmilərini və ölkə daxilində bir sıra siyasətçiləri tənqid edib.
Xatırladaq ki, iyunun 16-da Şolts İrpendə olub və gördüklərindən dəhşətə gəlib.

Oxşar xəbərlər