Dərmanları orqanlara çatdıra bilən oriqami-robot hazırlanıb
17-06-2022, 20:05
9 511

Dərmanları orqanlara çatdıra bilən oriqami-robot hazırlanıb

Stenford Universitetindən olan bir qrup alim bədən daxilindəki orqanlara dərman ötürə bilən kiçik oriqami-robot hazırlayıb.

Mütəxəssislər bir ildən artıqdır ki, dərmanların nöqtə effekti haqqında düşünürlər. Maddələrin müəyyən bir xəstə orqana (məsələn, xərçəng zamanı) məqsədyönlü çatdırılmasının köməyi ilə dərmanların bütövlükdə orqanizmə zərərli təsirini azaltmaq mümkün ola bilər.

Bunun üçün mühəndislər ölçüsü noxuddan böyük olmayan simsiz robot yaradıblar. Qurğunun maqnit sahələrindən istifadə etməklə idarə olunması planlaşdırılır. Hazırlanan robot həm bədənin səthində, həm də mayelərin içərisində hərəkət edə bilir.

Bundan əlavə, alimlər robotu kameralar və bədənin daxilində diaqnostika üçün digər alətlərlə təchiz etməyi planlaşdırırlar. Tədqiqatçılar indi robotla heyvanlar üzərində təcrübələr aparmağa hazırlaşırlar.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər