Makron və Şoltsun Kiyevdəki çıxışlarında "gülməli an" - FOTOLAR
17-06-2022, 13:22
1 842

Makron və Şoltsun Kiyevdəki çıxışlarında "gülməli an" - FOTOLAR

İyunun 16-da Kiyevdə Avropa liderlərinin mətbuat konfransı zamanı səmada anlaşılmaz gurultu səsləri eşidilib.
Bu zaman  liderlər səsdən təşvişə düşərək, səmaya baxıblar. 
Belə ki, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Ukrayna lideri Vladimir Zelenskinin reaksiyası fotoqraf Yan Dobronosovun obyektinə  tuş gəlib. Paylaşılan  görüntülər sosial şəbəkədə gündəm mövzusuna çevrilib. 
Fotodan görünür ki, həm Makron, həm də Şolts gözlənilməz səsdən təəccüblənir və ehtiyatlanırlar. Hər iki lider səmada səs mənbəyi tapmağa çalışıb.
Həmin vaxt Ukrayna prezidenti Vladimir Zelenski ona artıq tanış olan səslərə heç bir reaksiya verməyib.
Mətbuat konfransında eyni vaxtda su içən Makron və Şoltsun sinxron hərəkətləri sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.  
  • Makron və Şoltsun Kiyevdəki çıxışlarında "gülməli an" -  FOTOLAR
  • Makron və Şoltsun Kiyevdəki çıxışlarında "gülməli an" -  FOTOLAR
  • Makron və Şoltsun Kiyevdəki çıxışlarında "gülməli an" -  FOTOLAR

Oxşar xəbərlər