Makron müəyyən şərtlərlə Rusiyaya səfər edə bilər
17-06-2022, 13:53
1 826

Makron müəyyən şərtlərlə Rusiyaya səfər edə bilər

Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər etmək üçün şərtlərini açıqlayıb. 
Pransa prezidenti Kiyevə səfərindən sonra deyib ki, hadisələrin müəyyən inkişafı ilə Rusiya Federasiyasına səfərini istisna etmir.
Makron TF1 telekanalının efirində indi Rusiyaya səfər etmək üçün prezident Putindən müəyyən şərtlər, addımlar lazımdır deyib.
Eyni zamanda o, rusiyalı həmkarı ilə əlaqə saxlamaq niyyətində olduğunu bildirib.
Makron əlavə edib ki, Rusiya Federasiyası ilə münasibətləri tənzimləmək üçün Ukrayna müstəqil şəkildə Rusiyaya hansı güzəştlərə getməyə hazır olduğu barədə qərar qəbul etməlidir.

Oxşar xəbərlər