Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi
18-06-2022, 21:28
17 555

Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid şənbə günü İrəvanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mirzoyan həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində gedən proseslər barədə məlumatlandırıb”, - XİN-dən bildirilib.

Oxşar xəbərlər