Ukraynada müharibə başlayandan 323 uşaq ölüb
18-06-2022, 14:41
17 169

Ukraynada müharibə başlayandan 323 uşaq ölüb

Ukraynada 906 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib.

Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 323 uşaq qətlə yetirilib, 583 uşaq yaralanıb.

Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.

Ən çox itkilər Donetsk (301), Xarkov (170), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında qeydə alınıb.

Oxşar xəbərlər