"Rusiyanın Ukrayna taxılını blokadaya alması cinayətdir" - Borrel
20-06-2022, 20:28
9 007

"Rusiyanın Ukrayna taxılını blokadaya alması cinayətdir" - Borrel

Rusiyanın Ukraynaya qarşı müharibəsi və milyonlarla ton taxıl ixracına mane olan və dünya aclığını təhdid edən Ukrayna limanlarını blokadaya alması Rusiyanın cavab verməli olacağı hərbi cinayətdir.
Bunu bu gün Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında  Aİ-nin ali nümayəndəsi Xosep Borrel deyib. 
"Problemlər Rusiyanın Ukrayna taxılını blokadaya almasından qaynaqlanır. Milyonlarla ton buğdanın qarşısı alınıb və milyonlarla insan bu buğdadan istifadə edə bilməyəcək. Beləliklə, bu müharibənin dünya üçün dramatik nəticələri olacaq. Biz Rusiyanı limanları blokdan çıxarmağa və bu qidanın ixracına icazə verməyə çağırırıq", - Borrel bildirib.
O, BMT -nin Qara dənizdəki Ukrayna limanlarının və ticarət yollarının bağlanması səylərini dəstəklədiyini və bu problemin tezliklə həllinin tapılacağına əminliyini ifadə edib.

Oxşar xəbərlər