Rusiyalı jurnalist ukraynalı uşaqlar üçün Nobel medalını satdı
21-06-2022, 11:58
1 488

Rusiyalı jurnalist ukraynalı uşaqlar üçün Nobel medalını satdı

Rusiyalı jurnalist, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını 103,5 milyon dollara satıb.
Bu barədə “The Guardian” məlumat yayıb.
Muratov bildirib ki, əldə olunan vəsait birbaşa “UNICEF”ə Ukrayna müharibəsi nəticəsində evlərini tərk etmiş uşaqlara kömək etmək üçün ayrılacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən iyunun 1-dən onlayn ticarət başlayıb.
Medal telefonla naməlum iddiaçıya satılıb.

Oxşar xəbərlər