Paşinyanı söydükləri üçün güllələnən şəxslərə görə polis rəisi İŞDƏN ÇIXARILDI
21-06-2022, 12:02
1 509

Paşinyanı söydükləri üçün güllələnən şəxslərə görə polis rəisi İŞDƏN ÇIXARILDI

Ermənistanda Aparan polis idarəsinin rəisi Aşot Ayrapetyanı vəzifəsindən azad edilib. 
Erməni KİV xəbər verir ki, bu  barədə  Ermənistan Polisinin rəhbəri Vahe Kazaryan əmr imzalayıb. 
Bildirək ki,  iyunun 19-u axşam saatlarında Aparanda ölkəni çalxalayan silahlı insident baş verib. Atışma zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Məlumata görə, hadisənin bir qrup gəncin baş nazir Nikol Paşinyanı söyməsindən sonra baş verdiyi  bildirilir.  

Oxşar xəbərlər