"Əsir düşən amerikalılar edam oluna bilər" - Peskov
21-06-2022, 12:17
1 672

"Əsir düşən amerikalılar edam oluna bilər" - Peskov

Rusiya  Ukraynada əsir götürülmüş ABŞ hərbçilərinin edam olunmayacağına zəmanət verə bilməz. 
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. 
"Mən buna hökm verə bilmərəm, hər şey istintaqdan asılıdır", - deyə o, bildirib.  
Bundan əvvəl Ukraynada  döyüşən amerikalı könüllülər 39 yaşlı Aleksandr Druken və 27 yaşlı Endi Hyunun itkin düşdüyü bildirilib. 
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukraynada amerikalıların Rusiya  tərəfindən əsir götürülməsi ilə bağlı Birləşmiş Ştatların  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynadakı nümayəndələri ilə əlaqə saxladığını bildirib. 

Oxşar xəbərlər