Saakaşvili: “Oliqarx hakimiyyəti dəyişməlidir“
21-06-2022, 12:22
1 657

Saakaşvili: “Oliqarx hakimiyyəti dəyişməlidir“

"Bütün silahdaşlarıma, bütün partiyalara müraciət edirəm ki, mitinqlə kifayətlənməsinlər".
Yenisabah.az "Radio Tavisupleba"ya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili deyib.
O, əhalini küçərələ çıxmağa səsləyib:
"Bizi kimlərsə, nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir. Avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır".

Oxşar xəbərlər