Koreya öz kosmik raketini buraxdı
22-06-2022, 04:15
8 314

Koreya öz kosmik raketini buraxdı

Cənubi Koreya ilk “Nurikho” daşıyıcı raketini (KSLV-II) uğurla buraxıb.
Bu barədə "KBS World" məlumat  yayıb.
Qeyd edilir ki, buraxılış yerli vaxtla saat 16:00-da Çolla Namdo əyalətindəki Naro kosmodromundan həyata keçirilib.
Birinci mərhələnin ayrılması planlaşdırıldığı kimi, startdan 127 saniyə sonra 59 km yüksəklikdə baş tutub. İkinci mərhələ 258 kilometr yüksəklikdə startdan 274 saniyə sonra ayrılıb.

Oxşar xəbərlər