İlon Maskın oğlu cinsini və soyadını dəyişir
21-06-2022, 15:18
7 504

İlon Maskın oğlu cinsini və soyadını dəyişir

"SpaceX” və "Tesla” şirkətlərinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsini dəyişmək və öz soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.

Bu barədə məlumatı "Daily Mail” yayıb. 

"Mən artıq onunla birgə yaşamıram və bioloji atamla hər hansı bir şəkildə əlaqəli olmaq istəmirəm”, - deyə Ksavyer Mask bildirib. 

18 yaşlı gənc Kaliforniya ştatının Santa-Monika şəhərinin məhkəməsinə müraciət edib və adını Vivian Cenna Uilson olaraq dəyişdirmək istəyir. 

Ksavyer Maskın adını dəyişdirdikdən sonra atasından maliyyə yardımı alıb-almayacağı açıqlanmayıb. 

Qeyd edək ki, İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.

Oxşar xəbərlər