Cənubi Koreyada meymunçiçəyi virusu aşkarlandı
22-06-2022, 12:35
1 478

Cənubi Koreyada meymunçiçəyi virusu aşkarlandı

Cənubi Koreyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Cənubi Koreyanın Yonhap Xəbər Agentliyinin məlumatına görə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) verdiyi açıqlamada iki nəfərdə virusun aşkarlandığı bildirib. 
Məlumata görə hadisələrdən biri iyunun 20-də ölkəyə gələn əcnəbi, digəri isə iyunun 21-də ölkəyə daxil olan Cənubi Koreya vətəndaşıdır.
Xəstələr 21 gün təcrid olunacaqlar.

Oxşar xəbərlər