Rus hərbçilər ukraynalı jurnalisti edam etdi
22-06-2022, 12:59
1 655

Rus hərbçilər ukraynalı jurnalisti edam etdi

Ukraynalı fotojurnalist Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.
UNİAN xəbər verir ki, bu barədə "Sərhədsiz Reportyorlar" təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra qənaətə gəlib.
Qeyd edək ki, təfərrüatlar zamanı adıçəkilən jurnalistin mart ayında öldürüldüyü məlum olub.  

Oxşar xəbərlər