Almaniyada 8 polis maşını yandırıldı - FOTO
22-06-2022, 15:21
7 361

Almaniyada 8 polis maşını yandırıldı - FOTO

İyunun 26-da Almaniyada keçiriləcək G7 sammitindən əvvəl Münhendə 8 polis maşını yandırılıb.
Münhen polisinin alman mətbuatına verdiyi açıqlamaya görə, gecə saatlarında çevik qüvvət polisinə aid 8 maşın yandırılıb. Yanğın nəticəsində külli miqdarda ziyan dəyib.
Maşınların G7 Zirvəsinin keçiriləcəyi Elmau qalasına şəxsi heyətin köçürülməsi üçün istifadə edildiyi öyrənilib. Hadisənin baş vermə səbələri araşdırılır.  

  • Almaniyada 8 polis maşını yandırıldı - FOTO

Oxşar xəbərlər