Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi - YENİLƏNİB
23-06-2022, 14:06
7 756

Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi - YENİLƏNİB

Avropa Parlamenti Ukrayna və Moldova ilə bağlı qətnamə qəbul edib.
Xarici KİV xəbər verir ki, qanunverici orqan iki ölkəyə Avropa İttifaqına daxil olması ilə bağlı namizədlik statusunu dəstəkləyib.
***10:04
Bu gün Brüsseldə Aİ-nin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayacaq. İclasın əsas mövzuları Rusiyanın təcavüzü, həmçinin Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi olacaq.
Bu barədə Avropa Şurasının saytında məlumat verilir.
Məlumatda Aİ liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsindəki son hadisələri, o cümlədən onun qlobal ərzaq təhlükəsizliyi böhranına təsirini müzakirə ediləcəyi  bildirilib. Onlar həmçinin Avropa İttifaqının Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar yardımlardan ibarət davamlı dəstəyini müzakirə edəcəklər.
Aİ ölkələrinin liderləri Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinə ayrıca məsələ kimi baxacaqlar. Açıqlamada xatırladılır ki, Ukrayna 2022-ci il fevralın 28-də Aİ-yə üzv olmaq üçün müraciət edib, Gürcüstan və Moldova isə 3 mart 2022-ci ildə belə bir addım atıb. Avropa Komissiyası hər üç ölkənin müraciətinə dair rəsmi rəyini 17 iyun 2022-ci ildə dərc edib.
Sammitdən əvvəl Aİ liderləri Qərbi Balkanların siyasi liderləri ilə qeyri-rəsmi görüş keçirəcək və onlarla, xüsusən də regionun Avropaya inteqrasiya perspektivlərini müzakirə edəcəklər.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen liderləri Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı gözlənilən qərarla bağlı Aİ sammiti öncəsi tarixi məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Oxşar xəbərlər