Rus oliqarxına məxsus mədən şirkətlərinin aktivləri BLOKLANDI
24-06-2022, 19:47
9 292

Rus oliqarxına məxsus mədən şirkətlərinin aktivləri BLOKLANDI

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı oliqarxın mədən şirkətlərinin aktivlərini 1 milyard qrivnadan çox bloklayıb.
Bu barədə SBU (Ukrayna Təhlükəsizlik Xidməti) məlumat yayıb.
"Təhlükəsizlik xidməti Ukraynanın yer təkinin sənaye miqyasında qeyri-qanuni çıxarılması ilə məşğul olan təşkilatın fəaliyyətini dayandırıb. Onu bütöv bir maliyyə-sənaye qrupuna sahib olan nüfuzlu rusiyalı iş adamı idarə edirdi", - məlumatda deyilir.
Qeyd olunur ki, şirkət milyonlarla qazancını Rusiya Federasiyasının tammiqyaslı təcavüzünün maliyyələşdirilməsinə, həmçinin Krım və Ukraynanın şərqindəki işğalçı administrasiyalara maddi dəstək verməyə yönəldib.

Oxşar xəbərlər