Müxalifət erməniləri küçələrə çağırdı - Mitinq olacaq
24-06-2022, 16:17
7 313

Müxalifət erməniləri küçələrə çağırdı - Mitinq olacaq

Ermənistan müxalifətinin Müqavimət Hərəkatı bu gün yenidən paytaxt İrəvanda etiraz aksiyası keçirməyi planlaşdırıb.
Bu barədə Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.
O, İrəvan sakinlərinə müraciətində aksiyanın saat 19:30-da Fransa meydanına təyin olunduğunu bəyan edib. 

Oxşar xəbərlər