G7 liderləri Putini belə ələ saldılar - Fotolar
27-06-2022, 12:39
2 054

G7 liderləri Putini belə ələ saldılar - Fotolar

Üç günlük G7 Sammitinin ilk günündə Almaniyanın Bavariya şəhərində toplaşan və mətbuat nümayəndələrinin qarşısına çıxan liderlər Rusiya Prezidenti Vladimir Putini ələ salıblar.
Yeniavaz.com
xəbər verir ki, liderlər fotosessiya zamanı Putinin ötən il at üstündə çəkilmiş fotosunu xatırladaraq zarafatlaşıblar.
İngiltərə Baş naziri Boris Conson pencəklərini çıxarmaq və ya daha da soyunmaq lazım olub-olmadığını soruşub. Kanadanın baş naziri Castin Trüdo isə “Qurşaqdan yuxarı soyunub at minək?” deyə Putini ələ salıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bəli, at sürmək ən yaxşısıdır”, - deyə zarafatlara qoşulub.

Liderlərin bəziləri pencəklərini, bəziləri isə qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açıblar.
Qeyd edək ki, sözügedən fotoda Putin qurşaqdan yuxarı çılpaqdır.

Fotosessiya zamanı Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüb.

Oxşar xəbərlər