Meksikada 6 polis güllələndi
27-06-2022, 23:04
8 756

Meksikada 6 polis güllələndi

Meksikanın şimal sərhədindəki Nuevo-Leon əyalətində bir qrup şəxslərlə polislər arasında qarşıdurma yaranıb. 
Ştat polisinin verdiyi açıqlamaya görə, səhər saatlarında Kolumbiya sərhəd keçid məntəqəsinə gedən magistral yolda patrul xidməti həyata keçirən polisə hücum edilib.
Zirehli texnika və ağır silahlarla kartelin hücumu nəticəsində biri qadın olmaqla 6 polis məmuru həyatını itirib, 4 nəfər isə yaralanıb.
Hücum edənlərin kimliyi hələlik açıqlanmayıb. Araşdırmalar aparılır. 

Oxşar xəbərlər