Rusiyada qasırğa evləri uçurdu - VİDEO
28-06-2022, 21:41
9 191

Rusiyada qasırğa evləri uçurdu - VİDEO

Rusiyanın Çuvaşiya vilayətindəki kəndlərini vuran dağıdıcı qasırğa onlarla evi uçurub.
Rusiya KİV-ləri xəbər verir ki, görüntülərdə qasırğanın qısa müddətdə hasarları və həyətyanı binaları uçurduğu görünür. 
Nəticədə bəzi ərazilərdə yanğın baş verib. İnsanlar bildirib ki, qasırğa evləri tamamilə yararsız hala salıb. 
Daha sonra Rusiya  Fövqəladə Hallar Nazirliyinin Çuvaş bölməsi bildirib ki, qasırğadan dərhal sonra respublikanın İbresinski, Komsomolski, Morqauşski kəndlərinə və digər rayonlarına güclü dolu yağıb. 16 yanğın hadisəsi qeydə alınıb, onlardan beşi ildırım vurması nəticəsində baş verib.

Oxşar xəbərlər