Dünya
28-06-2022, 13:21
1 482
“Ermənistan yeni müharibə və itkilərlə üzləşə bilər“ - Müxalif deputat
"Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycan irəli getməkdən və sülh gündəmini irəli sürməkdən imtina edir".
Bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.
Deputatın qeyd edib ki, rəsmi Bakı Ermənistana qarşı yeni müharibənin başlanması üçün qanuni zəmin yaradır.
O, ictimaiyyəti 2 konkret məsələyə diqqət yetirməyə çağırıb:
“Əvvəla, Paşinyan, əslində, elan etdiyi “sülh erası”nın siyasi gündəminin iflasa uğradığını və vətəndaşlarımıza verdiyi əsas vədi yerinə yetirə bilməyəcəyini etiraf edib.
İkincisi, Paşinyan dedi ki, Baş Qərargah rəisinin olmadığı və səriştəsiz müdafiə nazirinin, məsuliyyətsiz baş komandanın iştirakı ilə bizi yeni müharibə gözləyir.
Təbii ki, hökumətin hamını müharibə ilə şantaj edərək ictimaiyyəti yeni, daha böyük güzəştlərə hazırladığına inanmağa meylliyəm. Bununla belə, istisna etmirəm ki, hansısa mərhələdə Ermənistan həm itkilər, həm də yeni müharibə alacaq”.