Dünya
28-06-2022, 13:33
1 485
Aktrisa çayda boğulub öldü
Amerikalı aktrisa Meri Mara faciəvi şəkildə 61 yaşında dünyasını dəyişib.
Xarici KIV xəbər verir ki, aktrisanın cəsədi Nyu-Yorkda çayda tapılıb. İlkin məlumata görə, o, çimərkən boğulub. Polis qətl əlamətlərinin olmadığını bildirib. Əlavə olunub ki, ölümün dəqiq səbəbini müəyyən edə bilmək üçün mərhumun cəsədi tibbi ekspertizaya aparılacaq.
Qeyd edək ki, Meri "Gridiron Gang", "Prom Night", "Criminal Minds", "General Hospital" kimi bir çox ekran işində rol alıb.