Türkiyədə "Dəmir yumruq" əməliyyatı zamanı 250 nəfər saxlanılıb
28-06-2022, 13:35
1 484

Türkiyədə "Dəmir yumruq" əməliyyatı zamanı 250 nəfər saxlanılıb

Türkiyədə saxta qiymət artımı ilə xalqı aldadanlara qarşı  "Dəmir yumruq" əməliyyatı keçirilib. 
Sözügedən əməliyyat dəmir-polad qiymətlərini manipulyasiya edən və saxta hesab-fakturalarla xalqa 25 milyard dollar ziyan vuran şirkətlərə qarşı təşkil edilib.
"Dəmir yumruq" əməliyyatında aralarında Erol Eşrefoğlu də daxil olmaqla 3 müxtəlif cinayət təşkilatının liderləri ilə birlikdə 250 şübhəli saxlanılıb. 

Oxşar xəbərlər