Dünya
28-06-2022, 16:16
6 963
11 erməni deputat mandatını itirəcək
Ermənistan Milli Məclisi yaxın vaxtlarda bəzi müxalifət deputatlarının mandatdan məhrum edilməsi məsələsini müzakirə edəcək.
"Armenian News" xəbər verir ki, bu barədə parlamentinin spikeri Alen Simonyan məlumat yayıb.
"Əvvəlcə məsələ hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdəki fraksiyasında müzakirə olunacaq. Müxalifət deputatlarının mandatdan məhrum edilib-edilməməsinə qərar verəcəyik. Qanun buna imkanı verir. Bu məsələdə iki baxış var. Bəziləri hesab edir ki, müxalifət bu və ya digər şəkildə özünü mandatdan məhrum edib”, – deyə Simonyan qeyd edib.
Onun fikrincə, əgər deputat mandatlarının alınması barədə qərar qəbul edilərsə, o zaman ən azı 10 nəfər statusunu itirə bilər:
"Əvvəlcə onların sayı 11 idi, lakin onlardan biri artıq özbaşına getdi. Söhbət Artur Vanetsyandan gedir".
Alen Simonyan izah edib ki, mandatlar müxalif qüvvələrin proporsional siyahılarındakı digər şəxslərə veriləcək.