İranda 10 nəfər edam edildi
1-07-2022, 12:40
8 386

İranda 10 nəfər edam edildi

İranda qətl və zorlama kimi cinayətlərə görə 10 nəfər edam edilib. 
İranın İnsan Haqları Fəalları Agentliyinin (HRANA) məlumatına görə, iyunun 29-da Əlborz əyalətinin Kerac şəhərindəki Recai Şəhr həbsxanasında 10 məhkum edam edilib.
Bildirilib ki, edam edilənlərdən 8-i qətl, 2-si isə zorlama ittihamı ilə məhkəmə tərəfindən ölüm cəzasına məhkum eilmiş şəxslərdir. 
İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Beynəlxalq Amnistiya Təşkilatının mayın 24-də açıqladığı hesabata görə, Çindən sonra dünyada ən çox ölüm cəzası verilən ölkələrdən biri olan İranda 2021-ci ildə 314 nəfər edam edilib.

Oxşar xəbərlər